Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

İlk yarış günündə millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayıb. İdmançımız rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayıb. Kosovalı cüdoçu da onu saxlaya bilməyib. Heydərov yenə ipponla qalib gəlməklə, yarımfinalda iştirak hüququ qazanıb. O, rusiyalı Ondar Sayanla döyüşüb. Həmyerlimiz şimal qonşumuza da gücünü göstərib və finala vəsiqə qazanıb.

Hidayət Heydərov (73 kq) həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...