Azərbaycan COVİD-19-a qarşı mübarizədə doğrudanmı ən pis hazırlığa malik ölkədir? - AÇIQLAMA

Azərbaycan COVİD-19-a qarşı mübarizədə doğrudanmı ən pis hazırlığa malik ölkədir? - AÇIQLAMA

"Azərbaycanın koronavirusla mübarizədə ən pis hazırlığa malik ölkə olması ölkəmizdə infeksiyaya qarşı mübarizənin özfəaliyyət şəklində həyata keçirilməsindən irəli gəlir”.


Sfera.az-a açıqlamasında bu sözləri NTİ şirkəti, Con Hopkins Universiteti və Ecconomist İntelligence Unit təşkilatının birgə apardığı araşdırmaya görə, COVİD19 virusuna qarşı mübarizədə Azərbaycanın 195 ölkə arasında 151-ci olmaqla ən pis hazırlıqlı ölkələr sırasında yer alması səbəblərinə toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Məsələ ondadır ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokolları əsasında karantin tədbirləri həyata keçirilirsə, bu düzgün aparılan tədbirdir. Ancaq mübarizə Azərbaycanda indi olan şəkildə həyata keçirilirsə, bu özfəaliyyətdir. Hazırda ÜST mütəxəsisləri Azərbaycandadır. Onlar buradakı prosesə ciddi şəkildə nəzarət etməyə başlayıblar. Bir vaxtlar quş qripi yayılanda da həmin infeksiyanın lokallaşdırılması üçün ÜST xeyli iş gördü, texniki yardım göstərdilər”.

 

Həmsöhbətimiz eyni zamanda hesab edir ki, görülən işlər normal təbliğ edilmir, marifləndirmə işi zəif qurulub: "Azərbaycanda görülən işlərin normal təbliğatı getmir. Maarifləndirici tədbirlər yetərincə deyil. Sərhəd zonalarında nəzarət məsələsi barədə demək olar ki, informasiya verilmir. Əhalinin maarifləndirilməsi məsələsi də ölkəmizdə olduqca zəifdir. Mütəxəssislərimiz ÜST tərəfindən tövsiyyə olunan, elmi cəhətdən əsaslandırılan istiqamətdə təbliğat işi aparmalıdır. Yoxsa, kim nə gəldi, danışmaqla deyil. Yəni işi ciddi şəkildə yanaşılmalıdır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR