Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb
Futbol üzrə U-16 Liqasının "Keşlə” – İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava-dalaş baş verib.

Sfera.az xəbər verir ki, hadisə matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.

Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.

AFFA İntizam Komitəsi Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR