“Azərbaycan bu silahla bizi məhv edəcək”- Erməni hərbi ekspertdən şok etiraf

“Azərbaycan bu silahla bizi məhv edəcək”- Erməni hərbi ekspertdən şok etiraf
Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olan supermüasir "SOM-B1” qanadlı raketləri  Ermənistanda ciddi qorxu doğurub. 
Bu barədə erməni hərbi ekspert Vahan Hambarsumyan "news.am"a açıqlamasında bildirib. 
Onun sözlərinə görə, həmin raketlər "Stealth” texnologiyası ilə hazırlanıb və məxsusi olaraq hava hücumundan, habelə raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. Hambarsumyan  bildirib ki, həmin raketlər nəinki hava və raket hücumlarından müdafiə sistemlərini dəf etmək üçündür, eyni zamanda həmin sistemlərin özlərini məhv edə bilər və Ermənistanın bu raketlərə qarşı müdafiə imkanları yoxdur.

"Yəni Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan S-300 PS və S-300 PT zenit-raket sistemləri bu raketlər üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 km. radiusa malikdir, üstəlik minimal uçuş hündürlüyü cəmi 10 metrdir. S-300 PS və S-300 PT zenit-raket sistemlərinin aerodinamik hədəfləri vurmaq üçün minimal hündürlüyü isə 25 metrdir. Həmin qurğular maksimum 75 kilometr uzaqlıqda və 27 kilometr hündürlükdə hədəfləri vura bilər. Azərbaycan bu silahla bizi məhv edəcək.”- deyə Hambarsumyan vurğulayıb.

Erməni hərbi ekspert əlavə edib ki, həmin yeni Türkiyə raketlərinin uçuş zamanı relyefə uyğun manevr etmək imkanları var. Ermənistan isə dağlıq ölkə olduğu üçün həmin amil HHM sistemləri üçün hədəfləri ayrıd etməyi xeyli çətinləşdirəcək.

"Dağların fonunda hədəfləri ayrıd etmək xeyli mürəkkəbdir. Erməni ordusunun sərəncamında olan Buk-M2 zenit-raket komplekslərin də bu tipli raketləri vurmaq imkanında deyil”,- deyə bildirib.

Hambarsumyan diqqəti bu məqama yönəldib ki, Türkiyədə istehsal olunan silahlar NATO standartlarına cavab verməlidir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...