Azərbaycan bu il 900 milyon manata yaxın borc qaytarıb

Azərbaycan bu il 900 milyon manata yaxın borc qaytarıb
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 070,8 milyon manat proqnoza qarşı 11 590,5 milyon manat və yaxud 96% icra edilib.

Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcə xərclərinin 7 654,9 milyon manatı və yaxud 66%-i cari xərclər, 3 052,1 milyon manatı və yaxud 26,4%-i əsaslı xərclər (ötən ilin eyni dövrü ilə müqayisədə 500,2 mln manat və yaxud 19,6% çox), 883,5 milyon manatı və yaxud 7,6 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləridir (ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və yaxud 0,3% çox).

İqtisadi təsnifata uyğun olaraq I yarımildə büdcə xərclərinin 44,1%-i və yaxud 5 111,7 milyon manat sosialyönümlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 127,3 milyon manat və ya 2,6 % çoxdur.
Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...