Azərbaycan bu il 900 milyon manata yaxın borc qaytarıb
23:00 / 22.07.2021
1359
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 070,8 milyon manat proqnoza qarşı 11 590,5 milyon manat və yaxud 96% icra edilib.
İqtisadi təsnifata uyğun olaraq I yarımildə büdcə xərclərinin 44,1%-i və yaxud 5 111,7 milyon manat sosialyönümlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 127,3 milyon manat və ya 2,6 % çoxdur.
Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.