No Image
No Image

Azərbaycan beynəlxalq konfransa ev sahibliyi edəcək

Azərbaycan beynəlxalq konfransa ev sahibliyi edəcək
Xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb.

Sfera.az xəbər verir ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

Üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağı qeyd olunub.

Kendis Makdeyqan təqdim olunan məlumatların mövcud vəziyyətin ümumi kontekstinin başa düşülməsi üçün önəmli olduğunu bildirdi. O, Azərbaycan tərəfi ilə bu günədək bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji, informasiya texnologiyaları, su və digər şəhər infrastrukturu xidmətləri və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd etdi və bağlılıq sahəsinin əsas istiqamət olaraq qaldığını vurğulayıb.

K.Makdeyqan Azərbaycanın cari il ərzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə nazirlər konfransına ev sahibliyi edəcəyini məmnunluqla səsləndirib.

Nazir Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və rəqabətin artırılması sahələrinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini həmsöhbətin diqqətinə çatdırıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.  Sfera.az L.Abdul...

“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - Açıqlama

"Arayik Arutunyan və qondarma qurumun verəcəyi qanunların, işlədəcəkləri ifadələrin heç bir hüquqi əsası yoxdur. Real mənzərə ondan ibarətdir ki, 44 günlük mü...

Mahir Qurbanov Venesuelada vətənimizi təmsil edəcək

Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Venesuelanın paytaxtı Karakas da keçirilən "Dünya xalqlarının iki yüzillik Konqresində" Azərbaycan...

XİN: Ermənistanın beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib. Sfera...

Ermənistanda “sükut günü” – Seçkidən sonra sükutu silah səsləri pozacaq?

Ermənistanda seçkiqabağı kampaniya bu gündən etibarən sona çatır. Artıq "sükut günü” elan olunacaq. Maraqlıdır, seçki hazırlıqları ilə bağlı son vəziyyə...

Milli Məclisin deputatına yeni vəzifə verildi

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Antikorrupsiya Təlim Mərkəzi təsis edilib. Sfera.az xəbər verir ki, quruma Şura üzvü, Milli Məclisin Hüquq si...