No Image
No Image

Azərbaycan beynəlxalq birgə iclasda təmsil olundu

Azərbaycan beynəlxalq birgə iclasda təmsil olundu
Dekabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin və Baltik Assambleyasının Daimi Komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Milli Məclisdən Sfera.az-a verilən məlumata görə, dünyada dənizlərin qorunması, iqlim dəyişikliyi və biomüxtəliflik, COVİD-19 pandemiyası ilə mübarizə üsulları mövzularına həsr edilmiş iclası giriş sözü ilə Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, QDİƏT PM-in vitse-prezidenti Eldar Quliyev açıb, iştirakçılara səmərəli fəaliyyət və uğurlar diləyib.

E.Quliyev çıxışında bildirib ki, uzaq coğrafiyalarda yerləşən, fərqli ənənələrə, dinlərə və mədəniyyətlərə sahib olan Baltik və Qara dəniz bölgələrini bir çox ümumi maraqlar və problemlər birləşdirir:

"Bir ildən artıqdır ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu dövrdə parlamentlərin üzərinə də böyük məsuliyyət düşüb. Qurumların üzvü olan ölkələrin parlamentləri yeni reallıqlara uyğun olaraq müasir texnologiyalardan istifadə etməklə beynəlxalq fəaliyyətlərini davam etdirib, COVID-19 böhranının iqtisadi və sosial təsirlərinin azaldılmasına yönəlmiş dəstək tədbirləri keçiriblər”.

O, qeyd edib ki, pandemiyanın insan sağlamlığını ciddi şəkildə təhdid etməsi bütün səviyyələrdə beynəlxalq əməkdaşlıq və koordinasiyanın gücləndirilməsini tələb edir. İndiki məqamda yalnız sıx əlaqələr və yardım tədbirləri virusun ölkələrdə mənfi təsirlərini azalda bilər.

E.Quliyev vurğulayıb ki, qloballaşma prosesləri insan sağlamlığı və rifahının ayrılmaz hissəsi olan ətraf mühitin mühafizəsini də zəruri edir. QDİƏT dövlətləri beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə birlikdə konkret nəticələrə yönəlmiş konstruktiv dialoqa getməlidirlər. Çirkli ərazilərin bərpası, ekoloji problemlərin qarşısının alınması, mənfi nəticələrin aradan qaldırılması məqsədi ilə təsirli ətraf mühit siyasəti həyata keçirilməlidir. O, bundan sonra QDİƏT və Baltik Assambleyası arasında daha səmərəli, konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Koronavirusla mübarizədə bütün ölkələrə gözlənilməz təsirlərdən uzaq olmağı və sağlamlıq arzulayıb.

Onlayn iclasda Baltik Assambleyasının prezidenti Piri Niemi, İsveçin xarici işlər naziri Ann Linde, Türkiyənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Cemal Öztürk, Yunanıstanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Semion Kedikoğlu, Stokholm Universiteti Baltik Dəniz Mərkəzinin Elmi direktoru Kristof Humborq çıxış edərək pandemiya ilə mübarizədə qarşılıqlı əməkdaşlıq, ətraf mühitin mühafizəsi ilə bağlı fikirlərini söyləyiblər. Mövzuları əhatə edən ekspert rəyləri dinlənilib, cari məsələlər müzakirə edilib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qüdrət Həsənquliyev İran-Azərbaycan əməkdaşlığı ilə bağlı təkliflər verdi

"İran Ermənistandan heç bir şərt qoymadan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağı tələb etməlidir”   Sfera.az xəbər verir ki, deputat Qüd...

Azərbaycan daha 5 əsiri Ermənistana QAYTARDI

Azərbaycan Rusiya tərəfinin vasitəçiliyi ilə daha 5 əsiri Ermənistana qaytarıb. Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermə...

AŞPA-nın qış sessiyasında ermənilərin təklifi KEÇMƏDİ

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Erkin Qədirli qurumun başa çatmaqda olan qış sessiyasında yaşanan hadisəl...

Köçəryan seçkilərdə qalib gələ bilərmi? – Ekspert şərhi

"Ermənistan ictimai rəyində Köçəryanın qayıtmasına mənfi münasibət var. Çünki, Köçəryanla bağlı xoş olmayan xatirələr yaddaşlardan silinməyib. Bu faktor isə o...

Meksikanın reytinqli saytı Azərbaycanın 2020-ci ildəki uğurlarından yazdı

"Bir çoxunun iddia etdiyi kimi, həqiqətən də Azərbaycan yaxşı bir il keçirdi. Dünya ölkələri daxili çağırışları və gündəmləri ilə məşğul olduqda, Azərbaycan və ...

Nəcməddin Sadıkovun Ordudan getdiyi təsdiqləndi - Rəsmi

Nəcməddin Sadıqovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Sfera.az bildirir ki, Müdafiə Nazi...