Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə  ilin iş adamı seçiləcək
 

Böyük audit-konsaltinq şirkətlərindən olan "EY Azərbaycan”ın Azərbaycan Beynəlxalq Bankı vəBP-Azərbaycan şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirdiyi "EY İlin İş Adamı™” müsabiqə-proqramına qəbul başa çatıb.

 Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də strateji tərəfdaşlıq dəstəyi göstərdiyi proqrama onlarla kiçik və orta sahibkar müraciət edib.

Müvafiq meyarlara uyğun seçim prosedurundan sonra 12iddiaçı finalda qalib olmaq uğrunda yarışacaq. Onların hər biri fərqli sahələr üzrə fəaliyyət göstərən iş adamlarıdır. Azərbaycanda "EY İlin İş Adamı™” adını qazanmaq üçün yarışan iş adamları sırasında dəmir məmulatları, boru, şüşə, mebel, kənd təsərrüfatı məhsulları istehsalı, tikinti, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə çalışan sahibkarlar var.

 

Qeyd edək ki, "EY İlin İş Adamı™” müsabiqəsinin məqsədi öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən sahibkarların nailiyyətlərini tanıtmaqdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib. Hazırda 60-dan çox ölkədə, 145 şəhərdə hər il mütəmadi keçirilir. "EY İlin İş Adamı™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır.

Azərbaycanda bu müsabiqəyə ilk dəfə qatılan finalçı sahibkarların biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək.25 aprel 2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq onlayn qaydada baş tutacaq tədbirdə qalib elan olunacaq. Final mərhələsinin qalibi olan sahibkar "EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı belə bir proqramın ölkəmizdə təşkilinə kömək göstərməklə yerli sahibkarların nailiyyətlərinin dəstəklənməsinə, motivasiyasına, onların bir araya gətirilməsinə və sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına çalışır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankınınməhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...