Azərbaycan Beynəlxalq Bankından təhsil krediti!

Azərbaycan Beynəlxalq Bankından təhsil krediti!

Ölkəmizdə insan kapitalının formalaşmasına dəstək verən Azərbaycan Beynəlxalq Bankı yeni tədris ili ərəfəsində məktəbli valideynlərinə gözəl bir imkan yaradıb. Bankın əməkhaqqı kartına sahib hər kəs təklif edilən təhsil kreditindən faydalanaraq övladlarına qlobal təhsil şəbəkəsi – Sabis®Sun məktəbində yüksək keyfiyyətli təhsil verə bilər.

 

Təhsil kreditinin özəllikləri:

·Məbləğ: İllik təhsil haqqının tam maliyyələşdirilməsi

·Müddət: 12 ay

·İllik faiz dərəcəsi: 15%

·Komissiyasız

·Zaminsiz

Təhsil kreditini Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamentindən, eləcə də Nəsimi və Xətai filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının "28 Mall” və "Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də Təhsil kreditini sifariş vermək olar. Müştəri bu təklif barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilər.

Qeyd edək ki, SABIS®Sun Şəbəkəsi 1886-cı ildən fəaliyyət göstərir. Hazırda dünyanın 16 ölkəsindəki bu məktəblərdə 70.000 mindən çox şagird təhsil alır. 2015-ci ilin 1 sentyabrından təhsil şəbəkəsi Bakıdakı – Dreamland adlanan məkanda da öz məktəbini açıb. Beləliklə, SABIS®Sun məktəbləri 132 ildir ki, dəyişən dünyada müvəffəqiyyət qazanmaq üçün lazımi bilik və bacarıqlara sahib şagirdlər yetişdirir. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə ayırdığı kreditlər isə bu mükəmməl təhsil dünyasına daxil olmaq üçün əlverişli imkandır. SABIS®Sun məktəblərində təhsil və təlim haqqında daha ətraflı məlumat üçün: (012) 404 74 44.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən,www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...