Azərbaycan Beynəlxalq Bankından daha bir ilk – Bank ITAkademiyası yaradır!

Azərbaycan Beynəlxalq Bankından daha bir ilk –  Bank ITAkademiyası yaradır!
 


 

Azərbaycan Beynəlxalq Bankı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsindəİnformasiyaTexnologiyalarıAkademiyasınınyaradılmasınabaşlayıb.Bu layihəölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq, peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək məqsədidaşıyır.

 

Akademiya Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək, burada təhsil ödənişsiz olacaq. IT sahəsində bilik və bacarıqlar qazanaraq peşəkar karyera qurmaq istəyən 20-34 yaş arasında gənclərə Akademiyada təhsil almaq imkanı yaradılacaq. Layihənin effektivliyi üçün qəbul zamanı, əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında oxuyan tələbələrə üstünlük veriləcək.

 

Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihə Bankla "DAN.IT Education” mərkəzinin tərəfdaşlığı ilə reallaşdırılacaq. Qeyd edək ki, "DAN.IT Education”in Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qlobal şirkətlər təmsil olunur. Mərkəzin fəaliyyəti tam şəkildə İsrail təcrübəsi əsasında qurulduğundan yeni IT Akademiyasında tədris prosesi də İsrailin IT təhsili sistemi və bu sistemin məşhur TELEM metodu əsasında aparılacaq. Belə bir metod tələbələrin güclü tərəflərini üzə çıxararaq inkişaf etdirməyə imkan verir, onlarda öyrənmə üçün motivasiya yaradır.

 

 

Akademiyada təşkil olunan bootcamp təlimlərəsasında FrontEnd və BackEnd daxil olmaqla 2 əsas istiqaməti əhatə edəcək həmçinin Mobile Application və Business Intelligence mövzularıda əlavə tədris olunacaq . Göstərilənhər proqram300 akademik saatdan ibarətolacaq və2,5 ay müddətində davam edəcək.Akademiyayaqəbulüçün müsabiqəsentyabrın 9-daelanediləcək.Bu məqsədlə onlayn platforma yaradılacaq,arzu edən şəxslər qəbul üçün ərizələrini bu platforma üzərindən təqdim edə biləcəklər. Qəbul 4 mərhələdən ibarət olacaq: abituriyentlərin qeydiyyatı, İT sahəsinə olan motivasiyanın dəyərləndirilməsi, texniki test imtahanı və fərdi müsahibə.

 

Azərbaycan Beynəlxalq Bankı DAN.İT Education-la birgə Akademiyaya beynəlxalq təcrübəyə və yüksəkpeşəkarlıq səviyyəsinə malik olan təlimçilər cəlb edəcək.Həmçinin Mobile Application, Business Intelligence, Product Management, Data Science sahələri üzrə ekspertlərin tələbələrlə görüşləri və müxtəlif online-workshop-ları nəzərdə tutulub. Məzunlaraəmək bazarındaböyüktələbatın olmasındanötrü IT Akademiyasının nüfuzunun, burada aparılan tədris keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması üçün bütündigərlazımi tədbirlərdəhəyata keçiriləcək.

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildiribki,bankınbelə birsosialtəşəbbüsüzamanın çağırışından irəli gəlir:"Müasir dünyamızda texnologiyalarinkişafa təkan verən həlledici amilə çevrilib.İnnovativ texnologiyalara bələdlik insanlarınməşğulluğubaxımından dabu günəsas meyarlardandır. Yerli və qlobal əmək bazarlarındabu sahəninmütəxəssislərinə tələbatgetdikcəartır.Biz də böyük biznes qurumlarından biri kimigələcəkqarşısındakı məsuliyyətimizi dərk edərək,həm gənclərimizin peşəkar inkişafına və əmək bazarındakı tələbatın qarşılanmasına dəstək, həm də ölkəmizdə informasiya cəmiyyətinətöhfə vermək məqsədiləbelə birsosial layihəninicrasınabaşladıq.Nəticəsi, ümid edirik ki,ölkəmiz,insanlarımızüçünçoxfaydalı olacaq”.

"DAN.IT Education” mərkəzininqurucusu Eran Lasserisədeyib:"Bu sosialtəşəbbüsün reallaşdırılmasındaAzərbaycan Beynəlxalq Bankının tərəfdaş olaraq məhz bizi seçməsindən çox məmnunuq. Bu seçimtəsadüfi deyil."DAN.IT Education”məzunlarınınkursları başa vurduqdan dərhal sonraITsferasındaişə götürülməgöstəricisi73%-dən çoxdur. Bu da bizim tətbiq etdiyimiz öyrətmə metodlarının effektivliyindən, tədris sistemimizin keyfiyyətindən irəli gəlir. Belə birlayihəIT sahəsindəpeşəkarbiliklərqazanaraquğurlukaryera qurmaq istəyən hər kəsəgözəl bir şansdır.İnanırıq ki, bu Akademiyanın fəaliyyəti ilə Azərbaycanın IT təhsili ekosisteminə dəmaraqlı yeniliklər gətirəbiləcəyik”.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...