Azərbaycan Beynəlxalq Bankında robot!
Cəmiyyət
15:45 / 21.01.2020
1497
Azərbaycan Beynəlxalq Bankı daha bir innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib.
Bankda "IBA Bot” adlı robot fəaliyyətə başlayıb.
Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi – 67 ünvanındakı
Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra "IBA Bot”
qarşılayacaq. Onların suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından
istifadə zamanı müştərilərə istiqamət verəcək.
Azərbaycan Beynəlxalq Bankının müştəriləri "IBA Bot”un zəka və bacarıqlarına
güvənə bilərlər. O, müştərilərlə çox asan və rahat ünsiyyət qura bilir. Onların simasını
yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. "IBA Bot”
bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır. Müştərilər bütün suallarına
ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət üçün müvafiq bölmələrə
istiqamətləndirmək bacarığına sahibdir.
Elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də
birbaşa "IBA Bot”dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə
də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.
Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil
Qədimov bildirib: "Xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda
dünyanın bir çox banklarının istifadə etdiyi praktikadır. Yenilikçi bank olaraq biz
də bu təcrübəni ilk dəfə ölkəmizə gətirdik. "IBA Bot” adlı yeni əməkdaşımızla
ünsiyyət, onun köməyindən istifadə müştərilərimiz üçün faydalı olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək
olar.