Azərbaycan Beynəlxalq Bankı və Azercell-dən ölkəmizdə bir ilk!

Azərbaycan Beynəlxalq Bankı və Azercell-dən  ölkəmizdə bir ilk!
 
Regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı ölkəmizin rəqəmsal həllər
təqdim edən lider mobil operatoru Azercell Telekomla birgə Azercell abunəçiləri üçün
xüsusi kobrend kart təqdim edib. Bu kart öz sahibinə gündəlik xərclərindən qazanmaq
fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə
edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə
bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözü 2937 qısa nömrəsinə SMS
göndərmək kifayətdir.
Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya
tutulmur. Müddəti 4 il olan kartı istənilən Azercell abunəçisi 24 dekabrdan etibarən
cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən
əldə edə, eləcə də Bankın rəsmi internet səhifəsindən sifariş verə bilər:
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: "Bu
kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki
böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki,
tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq
Bankı və Azercell-in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar
gətirəcək”.
Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev: "Texnologiyaların sürətlə
inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük
vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha
da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır.
Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək
şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat
fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”.
Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da açdırmaq olar.
Azərbaycan Beynəlxalq Bankının "Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş
məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi
vəsaitin 20%-dək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit
imkanları da müştərilərin istifadəsində olacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...