Azərbaycan Beynəlxalq Bankı startapçı gəncləri mükafatlandırdı
15:30 / 26.11.2019
4066
Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və
Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirdiyi "Startap günləri” layihəsi
uğurla başa çatıb.
Noyabrın 25-də "StartupFest 2019” tədbiri çərçivəsində layihənin bağlanış və
mükafatlandırma mərasimi keçirilib. Mərasimdə startapçı gənclərə Azərbaycan
Beynəlxalq Bankının da mükafatları təqdim olunub.
Xatırladaq ki, bu ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı,
Gəncə və Lənkəran şəhərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində
startap müsabiqələri təşkil olunaraq qalib komandalar seçilib. Layihənin bağlanış
mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub. Yekunda
mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib.
Azərbaycan Beynəlxalq Bankının fəal dəstək verdiyi bu layihədə ümumən 1000-
dən çox gənc iştirak edib.
"Startap günləri” layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin
təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılmasıdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Taleh Tahirli
bildirib ki, bank innovativ təşəbbüslərin dəstəklənməsi üçün davamlı layihələr
həyata keçirir: "Bu layihələr cəmiyyətimizin gələcəyinə qoyulmuş sərmayədir.
Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ölkəmizdə startap
ekosisteminin inkişafına töhfə vermiş oluruq və bundan çox məmnunuq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.