Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün təlim keçirib

Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün təlim keçirib

Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlər təşkil edəcək. 29-30 iyun tarixlərində keçiriləcək təlimlərə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu da dəstək verəcək. Tədbir iştirakçılarına düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim ediləcək. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanacaqlar.

 

 

Azərbaycan Beynəlxalq Bankından Sfera.az-a verilən məlumata görə, bankın Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli bildirib: "Sahibkarlar Bankımız üçün sadəcə önəmli müştəri qrupu deyil, eyni zamanda ölkə iqtisadiyyatının inkişaf qaynağıdır. İş adamlarımıza fəaliyyətləri boyunca kömək göstərmək, onların bazardakı yeniliklərə çevik şəkildə uyğunlaşmalarına nail olmaq üçün imkanlarımızdan istifadə edərək hər sahədə dəstəyimizi davam etdiririk. Bankımızın öz tərəfdaşları ilə birgə keçirdiyi "Sahibkarlar Klubu təlimləri” də sahibkarlar qrupu üçün effektiv tədbirlərimizdən olacaq”.

 

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

 

 


 

 

 


OXŞAR XƏBƏRLƏR

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...