Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi

Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi
 

İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana, həm də təcrübə müddətində yüksək nailiyyət göstərib Azərbaycan Beynəlxalq Bankında işə qəbul oluna bilərlər.

Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından keçərək proqramda iştirak imkanı yaradılıb.

Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər. İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər. Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər.

Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə tutulub.

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı istedadların yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu karyera qura bilməsinə faydalı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...