No Image
No Image

Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat yönündə əməkdaşlığa başlayır

Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat  yönündə əməkdaşlığa başlayır
Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın aparıcı banklarından olan Roseximbank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov imza atıb.
 
Memorandumun imzalanması Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının aprelin 27-də Moskvada keçirilən toplantısında elan edilib. Sənəd Azərbaycanla Rusiya arasında ticarət əlaqələrində hər iki bankın birgə iştirakını, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq dəstəyini nəzərdə tutur. Razılaşmaya uyğun olaraq Azərbaycan və Rusiyada biznes üçün perspektivli sayılan sektorlarda - o cümlədən infrastruktur, informasiya texnologiyaları, energetika, neft-kimya, aqrar sənaye və s. bu kimi sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi imkanları dəyərləndiriləcək. Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək. Onların bank xərclərini azaldacaq. Tərəflər ətraf mühitin qorunması, təbii resurslardan məqsədyönlü istifadə, yaşıl texnologiyaların tətbiqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivlərinə də baxacaqlar. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu memorandumun Bankın xarici əlaqələrinin inkişafına xidmət etdiyini bildirib: "Roseximbankla əməkdaşlığımız müştərilərimizə yeni imkanlar yaradacaq. Xüsusilə ixracla məşğul olan sahibkarlar iki bankın əməkdaşlıq əlaqələrindən geniş faydalana biləcəklər. Bu əməkdaşlığımız Azərbaycanla Rusiya
arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə, ticarət əlaqələrinin daha da inkişafına töhfə verəcək. Yeni, faydalı təcrübələr formalaşdıracaq”.

Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov da bu əməkdaşlığın mühüm önəm daşıdığını qeyd edib: «Bu tərəfdaşlığımız Azərbaycana məhsul və xidmət ixracı ilə məşğul olanlara maliyyə dəstəyi üçün effektiv alətlər təqdim etmək imkanı yaradır. Birgə layihələrimiz Rusiya məhsullarının Azərbaycana ixracına, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiyaların cəlb olunmasına kömək göstərəcək”. Azərbaycan Beynəlxalq Bankının müasir, universal, faydalı xidmət və məhsulları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
"Facebook” səhifəsindən əldə etmək olar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın mayın 16-dan etibarən USD/AZ...

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR

Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb. Sfera.az oxu.az-a istinad...

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Xəbər verdiyimiz kimi, Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarım...

Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filiallar...

Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan Dövlət Neft Fonduunn aylıq gəlirlərinin artmasına imkan yaradır.  Sfera.az Neft Fondunun məlumatlarına istin...

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!   TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashb...