Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs edildi - FOTO

Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs edildi - FOTO
Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

Sfera.az gununsesi.org-a istinadən xəbər verir ki, bu barədə polkovnikin yaxınları bildirib.

Onların sözlərinə görə, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə  həbs edilib.

Məsələ ilə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən miq.az saytına açıqlama verilib: 

 
"Sosial şəbəkə istifadəçisi olan bir nəfər Beyləqan rayon sakini Qadir Vəlişovun rayonun vəzifəli şəxsləri tərəfindən şərlənərək əsassız olaraq tutulması barədə məlumat yayımışdır. Bununla əlaqədar dərhal araşdırma aparılmış və müəyyən edilmişdir ki, sosial şəbəkə istifadəçisinin iddiaları tamamilə əsassızdır. Belə ki,  noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və həyat yoldaşı İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildirmişlər. Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirmişdir.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılmışdır. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir."

Qeyd edək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb. O, bu əməliyyat zamanı ağır yaralanıb.

Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.  15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.

Daha sonra Naxçıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib. 6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...