Azərbaycan banklarının hansı problemləri var?

Azərbaycan banklarının hansı problemləri var?

Azərbaycanda bankların xarici maliyyə institutları ilə maliyyə əlaqələrinin olmaması kriz durumlarında və ABŞ dollarının məzənnəsində olan artımlar banklarımıza çox mənfi təsir edir.


Barmaqla saya biləcəyimiz banklar var ki, xarici maliyyə insitutları ilə əməkdaşlıqlar edirlər. Dolların məzənnəsində artım olduğu zaman isə Risklərin idarə olunması hüquq şöbələrin manevrləri ilə dollarla kredit verərək özlərini sığorta etdiklərini düşünürlər. Böhranlı sitiuasiyalarda ölkəmizdə bir çox banklar potensial müştərilərini itirdi. Səbəb sadə idi - gecikmədə olan müştərilərinə kredit verə bilmədiyi üçün.

 

 

Banklar rentabellik hesabına mənfəət əldə edir. Daha çox sataraqdaha çox müştəriyə xidmət edərək gəlir əldə etmələri lazımdır. Hazırki durumda banklar kredit ödənişlərini 3 aylıq dondurması lazımdır, amma banklar Dövlət dəstəyi olmadan bu qərarı verə bilmir. Çünki onlar ya xarici maliyyə institutu ilə çalışmır, ya lazımı vəsaiti yoxdur ki, bunu etsin, ya da risklərini düzgün analiz edə bilmirlər.

 

 

Bu isə öz növbəsində Azərbaycanda bank sektorunun inkişafı və bununla birbaşa əlaqədə olan iqtisadiyyatımızın dinamikasına maneə olur. Risklərin idarə olunması və istər istehlak kreditləri, istərsə də biznes kreditləri sahəsində müştərinin maliyyə analizinin aparılmasında çox böyük yalnışlar edirlər! Dövlət isə hər dəfə bank sektoruna yardım edir.

 

 

Arzulanan isə odur ki, Azərbaycan bankları xarici maliyyə təşkilatları ilə çalışsın və onların risk, analtika, müştəri analizi sahəsində xarici təcrübəsini qazanaraq daha da möhkəmlənsin.

 

İqtisadçı ekspert Alxan Xələfov


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...