“Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma sürətlə artır” - İbrahim Alışov

“Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma sürətlə artır” - İbrahim Alışov
"Ötən illə müqayisə etdikdə Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma ilə bağlı sürətli müsbət dinamikanı görürük”.

Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində ("Fintex Sammit”) çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

"Bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-də internet bankçılıq, 25-ə isə mobil bankçılıq xidmətləri təklif edilir. Bu ilin I rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatlar;n təxminən 31%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib. Bu nisbət ötən ilin eyni dövründə 22% olub”, - o qeyd edib.

Bundan başqa, İ.Alışovun sözlərinə görə, hazırda Azərbaycanda banklara məxsus 6,8 milyon ədəd plastik kart var: "Təkcə bu ilin I rübündə dövriyyəyə 772 min ədəd təmassız ödəniş kartı buraxılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Son 1 ildə elektron ticarət hesabına aparılan əməliyyatların dəyəri də 2 dəfədən çox artıb, 266 milyon manatdan 573 milyon manata yüksəlib”. 

OXŞAR XƏBƏRLƏR

"Nurgun Group" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü

Nurgun Group Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində vəsaitin köçürülməsi haqda ...

“Karaca” mağazalar şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi

"Karaca” mağazalar şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat vəsait köçürüb. Mağazalar şəbəkəsindən Sfera.az-a verilən məlumatda bildir...

Yeni icra başçılarının maaşı açıqlandı

Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.     Ölkə başçı...

Ekspert: "Avtobusların kartla işləməsi sərnişinlər və sürücülər üçün çox əlverişlidir"

Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir, mütəmadi olaraq nağd sistemlə...

Ölkəmizdə bu məhsullar bahalaşdı

 Azərbaycanda qızıl və gümüş bahalaşıb.   Sfera.az xəbər verir ki, dekabrın 26-da qızılın qiyməti dekabrın 25-i ilə müqayisədə 6,1115 manat artar...

İş adamlarını uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar... İşini düzgün qurmayan icra başçıları kimlərdir?

2019-cu ilin ilk 9 ayında Azərbaycanın 37 şəhər və rayonuna kapital qoyuluşu ötən il ilə müqayisədə azalıb. Ən böyük azalma Naftalan rayonunda qeydə alınıb. Bu ...