Azərbaycan Bakı Avropa Festivalında üçüncü qızıl medalını qazandı

Azərbaycan Bakı Avropa Festivalında üçüncü qızıl medalını qazandı

İyulun 22-də Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdırıb.

Virtualaz.orgbildirir ki, təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni 6:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Q.Qurbanov ilk qarşılaşmada Polşadan olan rəqibi Kaçper Karaskieviçi tam üstünlüklə məğlub edib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Onu da xatırladaq ki, ilk yarış günündə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq), Yunan-Roma güləşçilərindən isə Fərid Sadıxlı (45 kq) qızıl medal qazanıblar.

 


OXŞAR XƏBƏRLƏR