Azərbaycada təhsil işçilərinin vaksinasiyasına başlanıldı

Azərbaycada təhsil işçilərinin vaksinasiyasına başlanıldı
3 mart 2021-ci il tarixindən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Sfera.az-ın məlumatına görə, Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd edilir ki, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

OXŞAR XƏBƏRLƏR

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...