Azərbaycada partlayış baş verən zavoddan ilk görüntülər - FOTOLAR+VİDEO

Azərbaycada partlayış baş verən zavoddan ilk görüntülər  - FOTOLAR+VİDEO

Balakən şəhərində partlayış baş verən zavodun görüntüləri yayılıb. 

Sfera.az Report-a istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. 

Nəticədə zavodda işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib, digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. 

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.