“Azerbaijan British College”də distant tədris belə keçirilir - VİDEO

“Azerbaijan British College”də distant tədris belə keçirilir - VİDEO
 

Nazirlər Kabinetinin Sərəncamına əsasən, Koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsilin davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslər təşkil olunur.

Bu təcrübədən özəl tədris müəssisələri də yararlanır. Belə ki, "Azerbaijan British College”-də (ABC) təlim-tədris prosesi müvəqqəti olaraq onlayn qaydada həyata keçirilir.

Sfera.az bildirir ki, ABC-nin direktoru Yan Makkatçon bildirib ki, şagirdlərin təhlükəsizliyi naminə məktəblərin bağlanması ilə bağlı qərarı alqışlayır: "Eləcə də təhsilin davam etdirilməsini vacib sayırıq. Buna görə də şagirdlərin dərslərindən geri qalmaması üçün yeni texnoloji platformalardan istifadə edirik”.

Təhsil kompleksində dərslər məktəb rəhbərliyinin hazırladığı proqrama uyğun davam etdirilir. Şagirdlər "Google Classroom", "SlideRoom” və s. kimi onlayn resurslardan istifadə edirlər. Bundan əlavə, müəllimlər səhər saat 8:00-dan onlayn qaydada işləyirlər. Müəllimlər dərslərin müntənzəm olması üçün şagirdlərin onlayn rejimdə olduğunu, dərslərdə iştirak edib-etmədiyi yoxlanılır və daim ailələrlə əlaqə saxlanılır.




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...