Azər Türk Bankın yeni filialı fəaliyyətə başladı - FOTOLAR

Azər Türk Bankın yeni filialı fəaliyyətə başladı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank «Rəqəmsal» adlı yeni filialını müştərilərin istifadəsinəverdi.

Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 99 ünvanda yerləşən filialAzər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.

 

Filial pərakəndə satış bazarında modernləşdirilmiş məhsul və xidmətləri təqdim edərək fəaliyyət göstərir.

 

Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər, ödəniş kartları, əhalidən əmanətlərin qəbulu, cari hesablar üzrə əməliyyatlar da daxil olmaqla geniş bank xidmətləri göstərilir.

 

Müştərilərin burada terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur. Bundan başqa,Bankın yenilənmiş ATB360 mobil əlavəsi də istifadəçilərin ixtiyarına verilmişdir. Mobil əlavə ilkin olaraq test rejimində təqdim olunur.

 

Qeyd edək ki, tezliklə Bankın «Mərkəz» filialı da yeni ünvanda öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.

Azər Türk Bank yaxın gələcəkdə klassik bank modelindən uzaqlaşmaq, modernləşdirilmiş elektron filiallar qurmaq niyyətindədir.

 

Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.

 

Daha ətraflı məlumatı//atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...