Azər Türk Bankın daha bir filialı fəaliyyətə başladı - FOTOLAR

Azər Türk Bankın daha bir filialı fəaliyyətə başladı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.


Görülən tədbirlər sırasında növbəti addım Bankın daha bir xidmət strukturunun – müasir formatda, rəqəmsal konseptdə yenidən qurulmuş "Mərkəz” filialının yeni ünvanda müştərilərin istifadəsinə verilməsidir.


Bakı şəhəri, Nəsimi rayonu,Xaqani küçəsi 103A ünvanda yerləşən filial Bankın yeni innovativ xidmət şəbəkəsində daha bir modern ofisidir.

Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər,ödəniş kartları, depozit qutularının icarəsi də daxil olmaqla bank xidmətləri göstərilir.


Müştərilərin burada terminallardan özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Filialda bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur

Yaxın vaxtlarda Bankın digər xidmət ofisləri də öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.


Qeyd edək ki, Bank ötən ilin sonlarında müasir tipli "Rəqəmsal” filialını müştərilərin ixtiyarına vermişdir.

 

Azər Türk Bank klassik bank modelindən uzaqlaşmaq, modernləşdirilmiş elektron xidmət şəbəkəsi qurmaq niyyətindədir.


Bankın son dövrdə qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.


Daha ətraflı məlumatı//atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp(055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...