Azər Türk Bankdan sahibkarlara yeni güzəşt

Azər Türk Bankdan sahibkarlara yeni güzəşt
 
Dövlət bankı Azər Türk Bankdan verilən məlumata  görə,  Bankın hüquqi şəxs, fərdi
sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək "ATB Business” internet-bankçılıq
xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün
əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.
"ATB Business” xidməti  bank əməliyyatlarını geniş çeşidini banka gəlmədən, onlayn
rejimdə, rahat şəkildə həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər
barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və  ölkədaxili köçürmələri,
əməkhaqqı, ƏDV və başqa büdcə ödənişləri, çıxarışların əldə edilməsi və digər
əməliyyatları yerinə yetirməyə imkanlar verir.
"ATB Business” internet-bankçılıq xidməti bir sıra üstünlüklərə malikdir. Belə ki, ənənəvi
olaraq filial və şöbələrdə icra edilən əməliyyatlardan fərqli olaraq, bu platforma
üzərindən:
- verilən müştəri tapşırıqları bank əməkdaşlarının təsdiqi olmadan sürətli rejimdə
avtomatik icra edilir;
- əməliyyatlara endirimli komisyon haqqı tətbiq olunur və bunun müqabilində
müştərilər "cash-back” qazanır;
- daxil edilmiş köçürmə əməliyyatlarının cəm şəklində elektron imza ilə təsdiqlənməsi
imkanı verilir;
- əmək haqqı ödənişlərinin günün istənilən vaxtı, 24/7 rejimində asan şəkildə yerinə
yetirilir.
Azər Türk Bankda hesab açmaq və  "ATB Business” internet-bankçılıq xidmətinə
qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn
müraciət edə bilərlər.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi
korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat
Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR