Azər Türk Bank yeni innovativ filialını istifadəyə verir

Azər Türk Bank yeni innovativ filialını istifadəyə verir
 

Dövlət bankı Azər Türk Bank öz fəaliyyətini daim müasir dünyanın meyarlarına uyğun şəkildə qurmaq üçün səy göstərən yenilikçi maliyyə-kredit təşkilatıdır.

Qabaqcıl bank sisteminə malik iqtisadiyyatalarda bankçılığa innovativ yanaşma və İKT-nin tətbiqi istiqamətində mühüm layihələrin gerçəklişdirildiyi, məsafədən bankçılıq və rəqəmsal xidmətlərin önəminin yüksəldiyini nəzərə alan Bank bu istiqaməti özünün prioritet inkişaf xətti kimi qəbul etmişdir.

Bankın yaxın dövr üçün strateji hədəfi ən təkmil məsafəli bankçılıq sistemini qurmaqdan ibarətdir. Qeyd edək ki, Bank son illərdə müştərilərə onlayn xidmətlərin çeşidinin və kanallarının artırılması üçün əhəmiyyətli işlər görmüşdür.

Bu istiqamətdə görülən işlər sırasında növbəti addım Bank tərəfindən filial şəbəkəsinin modernləşdirilməsi layihəsinin reallaşdırılmasına başlanmasıdır.

Bank klassik bank modelindən uzaqlaşmaq, fiziki strukturları azaltmaq, bəzilərini modernləşdirilmiş elektron filiallarla əvəzləmək niyyətindədir.

Bu yaxınlarda  Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 99 ünvanda müştərilərin istifadəsinə veriləcək yeni filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.

Filial pərakəndə satış bazarında modernləşdirilmiş məhsul və xidmətləri təqdim edərək xidmətlər göstərəcəkdir.


Üstün xidmət səviyyəsi təqdim olunan filialda bankın müştərilərinə müxtəlif növ kreditlər,  plastik kartlar, kommunal, rabitə və digər ödənişlər üzrə əməliyyatlar da daxil olmaqla geniş bank xidmətləri göstəriləcəkdir.

Müştərilərin burada terminallar və kompüterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar  elektron formatda təklif olunacaqdır. Bankın digər filiallları da öz fəaliyyətini tezliklə bu konsepsiya üzərində quracaqdır.

Bir il öncə Bankda yaradılmış və müffəqiyyətlə fəaliyyət göstərən Rəqəmsal Transformasiya Mərkəzi MVP və prototiplər, rəqəmsal tətbiqlər, yeni rəqəmsal nəslə aid mükəmməl bank məhsul və xidmətləri hazırlayıb, müştərilərə təklif etməkdədir. Yaxın zamanda yenilənmiş ATB360 mobil əlavə də istifadəçilərin ixtiyarında olacaqdır.

Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmər şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən yaxşı yenilikçi sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...