No Image
No Image

Azər Türk Bank E-POS xidmətini təqdim edir

Azər Türk Bank E-POS xidmətini təqdim edir
Dövlət bankı Azər Türk Bankın hüquqi şəxs olan müştərilərinə və fərdi sahibkarlara təqdim etdiyi E-POS xidməti virtual ödəniş qəbulu terminalıdır. Belə ki, E-POS xidməti sahibkar tərəfindən müştərilərinə təqdim etdiyi xidmət və ya məhsullar müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edə biləcəyi unikal vasitədir. 
 
Onlayn satışı müxtəlif sosial şəbəkələr və digər kanallar üzərindən həyata keçirən sahibkarlara müştəri ödənişlərinin bu xidmət vasitəsi ilə qəbul etmək üçün internet saytın açılması tələb edilmir. Bunun üçün sahibkarın heç bir ödəniş etmədən Azər Türk Bankda hesab açaraq, "ATB Bussines”də qeydiyyat keçməklə E-POS xidmətinə qoşulmaq üçün müraciət etməsi kifayətdir.

E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar "3D Secure” protokolu ilə qorunur Eləcə də sahibkar "ATB Business” vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edə və hesabatlar yarada bilir, həmçinin CASHBACK əldə edir.

Qeyd edək ki, "Elektron ticarət” (E-commerce) xidməti istifadəçiləri avtomatik olacaq E-POS xidmətinə qoşulmuş hesab edilir və hər iki xidmətdən eyni anda faydalana bilərlər. Daha ətraflı məlumatı https://atb.az saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə etmək olar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın mayın 16-dan etibarən USD/AZ...

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR

Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb. Sfera.az oxu.az-a istinad...

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Xəbər verdiyimiz kimi, Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarım...

Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filiallar...

Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan Dövlət Neft Fonduunn aylıq gəlirlərinin artmasına imkan yaradır.  Sfera.az Neft Fondunun məlumatlarına istin...

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!   TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashb...