Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasını davam etdirir

Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasını davam etdirir
 
Dövlət bankı Azər Türk Bank sentyabr ayından etibarən başlatdığı "Bu fəsil istədiyini
al!” kampaniyasını davam etdirir.
Kampaniyanın əsas məqsədi, kredit əldə etmək istəyən müştərilərə, təklif edilən
güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri
üçün imkan yaratmaqdır.
29 noyabr tarixinədək davam edəcək kampaniya müddətində "İstehlak” krediti əldə
etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə
rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir.
Həmçinin müştərilər kampaniya çərçivəsində 48 ay müddətinə kredit əldə etmək
imkanı qazanacaqlar. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 17%-dən
başlayır.
Bundan əlavə, Bank göstərilən tarixlər ərzində zaminsiz verilən kreditin məbləğinin
15 000 (on beş min) AZN səviyyəsinədək artırılması barədə qərar vermişdir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki
rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən
əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR