Azər Türk Bank 2020-ci ili uğurla başa vurdu

Azər Türk Bank 2020-ci ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bank’ın 01 yanvar 2021-ci il tarixinə aktivləri 359,2 milyon manat səviyyəsində olmuşdur.


 

Bankın kredit portfelinin həcmi 167,3 milyon manat təşkil etmişdir.


 

Məcmu kapitalın adekvatlığı 31%, leverec əmsalı 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan yüksəkdir.


 

Bank 423 min manat həcmində xalis mənfəət əldə etmişdir.


 

Bank 179,9 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 42 milyon manatı əhalinin əmanətləridir.


 

2020-ci il ərzində Bankın müştərilərinin sayı 45% artaraq 95915 nəfər olmuşdur.


 

Dövlət bankı Azər Türk Bank öz fəaliyyətini daim müasir dünyanın meyarlarına uyğun şəkildə qurmaq üçün səy göstərən yenilikçi maliyyə-kredit təşkilatıdır.

 

Qabaqcıl bank sisteminə malik iqtisadiyyatalarda bankçılığa innovativ yanaşma və İKT-nin tətbiqi istiqamətində mühüm layihələrin gerçəklişdirildiyi, məsafədən bankçılıq və rəqəmsal xidmətlərin önəminin yüksəldiyini nəzərə alan Bank bu istiqaməti özünün prioritet inkişaf xətti kimi qəbul etmişdir.

 

Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində 2020-ci ildə də fəal iş aparmışdır.


 

Fərəhlə deyə bilərik ki, Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etmək iqtidarındadır.


 

Buna misal olaraqBankın ötən il müştərilərin istifadəsinə verdiyi "Rəqəmsal” adlı yeni filialını göstərə bilərik.


 

Bu filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.


 

Müştərilərin burada terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

 

 

Qeyd edək ki, tezliklə Bankın "Mərkəz” və "Bakı” filiallarının bazasında qurulacaq müasir ofislər də öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.


 

Hüquqi şəxs və fərdi sahibkarlara bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə və minimal komissiya xərcləri əsasında həyata keçirməyə imkan verən "ATB Business” internet-bankçılıq xidməti il ərzində daha da inkişaf etdirilmiş və "ATB Business mobile” tətbiqi yaradılaraq müştərilərə təqdim edilmişdir.


 

Ötən il Bankın yenilənmiş ATB360 mobil əlavəsidəistifadəçilərin ixtiyarına verilmişdir.


 

Azər Türk Bank 2020-ci ildə də sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirmişdir.


 

Belə ki, Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı fiziki şəxslərə, onların biznes planlarına uyğun olaraq, lazımi aktivlərin təqdimatını təmannasız olaraq həyata keçirmişdir.


 

Bundan əlavə, Bank ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yaradılmış "Qarabağ Dirçəliş Fondu”na,Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış "YAŞAT” Fonduna maliyyə dəstəyi göstərmişdir.


 

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

 


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...