No Image
No Image

Azəbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək

Azəbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək
Gürcüstanda ABŞ-la birgə "Agile Spirit 2021” ("Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək.

Sfera.az xəbər verir ki, iyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.

Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Qeyd edək ki, "Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir./report

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Paşinyan sabah İrana gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edəcək. Sfera.az "Aysor.am”a istinadən xəbər verir ki, səfər avqustun 5-i baş tutacaq.  ...

Azərbaycan və BMT beynəlxalq mütəxəssislərin iştirakı ilə birgə işçi qrup yaradır

Avqustun 4-də Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş...

Aİ-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olundu

Petr Mixalko Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə Avropa İttifaqının press-reliz...

Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?

"İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir”.   Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin ...

Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı olub. Bu barədə Sfera....

Prezident sərəncam İMZALADI

Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nətic...