Azarkeş polisi öldürməyə cəhd etdiyi üçün 7,5 il həbs cəzası aldı

Azarkeş polisi öldürməyə cəhd etdiyi üçün 7,5 il həbs cəzası aldı
 Rumıniyada "Universitatya Kluj" futbol komandasının azarkeşi Vidreyan Trayan 7,5 il həbs cəzasına məhkum edilib. 

Sfera.az xəbər verir ki, rumıniyalı fanat polisi öldürməyə cəhd etdiyi üçün bu cəza ilə üzləşib. 

Hadisə 2019-cu ilin iyununda əsas liqaya vəsiqə uğrunda "Hermannştadt" ilə matçda baş verib. Qarşılaşma "Universitatya Kluj"un 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, II liqada qalıb. 

Matçdan sonra "Universitatya Kluj"un azarkeşləri ilə polis arasında toqquşma baş verib. İğtişaşlar zamanı Vidreyan Trayan oturacaqla polisin başına vurub. Xəsarət nəticəsində polisin başından qan açılıb və o, huşunu itirib. Həbsdən əlavə azarkeşə 18 min avro cərimə tətbiq olunub. Onun məhkəmənin qərarı ilə bağlı şikayət vermək hüququ var. (report.az)

OXŞAR XƏBƏRLƏR

Bu üç ölkədə virus ŞİDDƏTLƏ YAYILIR: Bir gündə 2492 nəfər öldü

  Son 24 saatda Braziliyada 1223, Meksikada 782, Hindistanda isə 487 nəfər ölüb. Sfera.az əcnəbi KİV-ə istinadən xəbər verir ki, düny...

Moskva vilayətində kafe və restoranlarla bağlı AÇIQLAMA: İyulun 25-dən...

Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyə...

Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

 ABŞ-da koronavirusla bağlı vəziyyət göstərilən səylər nəticəsində bir ay ərzində yaxşılaşacaq. Sfera.az xəbər verir ki, bunu ölkə Prezidenti Donald ...

Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır

 Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhi...

Daha bir dəhşətli virus yayılır: İnsanı 24 saata öldürür... - VİDEO

  Koronavirus bəlası bitməmiş Çində yeni ölümcül virus yayılmağa başlayıb. Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  Çin...

SON DƏQİQƏ: Pandemiyanın bitmə tarixi açıqladilar-28 gün...

  Pandemiyanın bitmə tarixi təyin olundu Rusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqladılar. Sfer...