”AZAL-ın işçiləri pulqabımı elə təmizləmişdilər ki… - Jurnalist başına gələnləri yazdı

”AZAL-ın işçiləri pulqabımı elə təmizləmişdilər ki… - Jurnalist başına gələnləri yazdı

"Deməli, hələ uçuşların bol olduğu, karantinin başlamadığı vaxt xaricə gedirdim. Həmin ərəfədə sosial şəbəkədə bir çox insanın Azerbaijan Airlines - AZALla uçuş zamanı təyyarədə pullarının oğurlandığı haqda statuslar oxumuşdum. Hətta belə bir status yazanlar arasında aktrisa Məlahət Abbasova da yer alırdı. Mən də pulumu çamadanıma qoymaq qərarına gəldim. Fikirləşdim ki, ən etibarlı yer oradır, kimdir çamadanımı açan? Çamadanı evdən götürəndən sonra ancaq bileti alıb baqaja təhvil verəndə gözümdən kənarda qoydum. Getdiyim ölkəyə çatdım, çamadanımı götürüb evə getdim. Orada çamadanı açıb pul qabımı götürəndə isə içində bir manat belə pulun olmadığını gördüm”.


Sfera.az xəbər verir ki, bu sözləri jurnalist Zəhra Əhmadova özünün sosial şəbəkə hesabında yazıb. O, AZAL əməkdaşlarına qarşı ağır ittihamlar irəli sürüb:

 

”AZAL-ın işçiləri pulqabımı elə təmizləmişdilər ki, bir dənə kağız pul qalmamışdı. Ancaq 10-20 qəpik qalmışdı. Pulqabımda dollar, manat, hətta Tayland bat-ı da var idi. Hərəsi də bir cibində, hamısın rahat necə götürüblər. Bir neçə yerə zəng edəndən sonra axırda AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski ilə əlaqə saxladım. Media nümayəndəsi olduğum üçün mənə xüsusi hörmətlə nömrə verib işin tez həllini tapacağına söz verdi. Hə, zəng etdim Habil Teymurov adlı şəxsə. İlk sözü bu oldu: "Çamadana pul-qızıl əşyaları qoyulanda cavabdeh deyilik”. Deyirəm ki, nə əlaqə? Mənim çamadanımdan pul yox, bir paltar belə itsə, mənə dəyərlidir. Hara istəyirəm pulumu qoyaram. Sizə kim ixtiyar verir mənim çantamı açıb içini soyasınız?”.

 

Jurnalist baş vermis hadisə ilə bağlı ərizə yazdığını bildirsə də prosesin aylarla çəkdiyini qeyd edir: "Sonda mənə araşdırma aparıldığı, işçilərdən soruşulduğu və hamının xəbərsiz olduğunu deyildi. Guya, pulu oğurlayan deyəcəkdi ki, mən götürdüm, gəlin qaytarım. Və mənə deyilən digər söz: Gərək hava limanından ayrılmadan çamadanı açıb baxardınız. Kim getdiyi ölkədə hava limanının ortasında çamadan alan kimi açıb içini yoxlayır? Bilməmişdim, bundan sonra AZAL-la hara uçsam, aeroportun ortasında çamadanı açıb yoxlayacam ki, görüm nəyimsə itib, yoxsa qalıb.


Əgər belədirsə, hörmətli AZAL rəhbərliyi, siz çamadana cavabdeh deyilsinizsə, çantalarımızdan pullarımızı rahatlıqla oğurlamaq haqqına sahibsinizsə, onda imkan verin əşyalarımızı qucağımızda aparıb-gətirək. Əgər sizə heç bir çantanı etibar etməyə haqqımız yoxdursa, bizdən baqaja çamadan verməyi də tələb etməyin. Bu boyda hava şirkəti, sizin işçilər çamadan soyur, və siz sərnişinin şikayətinə baxmırsınız. Baxıb, nəticəsi öz xeyrinizə edirsiniz. Şəxsən mən getdiyim ölkədə öz ölkəmin hava şirkətinin belə bir iş gördüyünü deyəndə, insanların reaksiyasından utandım. Ayıb olsun sizə. O, pulları götürən vicdanı kasad şəxslər, düşünmədi ki, bu qız xaricə gedir, son qəpiyini belə götürürk, adam orada nə edəcək pulsuz? Pul, haramınız olsun, Vicdanı olmayanlar, cəzanızı Allah versin. Mən sizə heç nə sübut edə bilmərəm, bunu bilirəm. Amma siz istəsəniz, hava limanının hər tərəfi kameradır həmin saatları da sizə demişdim, uzağı 1 saata pulun kimin götürdüyünü tapıb cəzalandıra və pullarımı geri verə bilərdiniz. Lakin əvəzində dedilər ki, kamera görüntüləri iki saat sonra silinir. Deməli, kimsə hava limanına bomba qoysa, sübut edə bilməyəcəksiniz? Bu, nə məntiqsizlikdir? Heç nə danışdığınızın fərqindəsiniz?”

 

Zəhra Əhmədova paylaşımını bu sözlərlə yekunlaşdırıb: "Deməyim odur ki, əgər qismət olsa, harasa AZAL-la uçsanız, ehtiyatlı olun. Hər şeyinizi soyub, sonra da sizi borclu çıxaracaqlar”.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...