AZAL daha 144 nəfəri Vətənə qaytarıb - FOTOLAR
Cəmiyyət
20:30 / 05.06.2020
2640
Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, həmin reyslə 144 nəfər ölkə vətəndaşı Vətənə qaytarılıb. Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.