AZAL bu reyslərə bilet satışını BƏRPA ETDİ
15:12 / 08.06.2020
1996
"Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib.
Sfera.az bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.
Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.
Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.