AZAL Bakıdan Dubaya uçuşlara başlayır - VİDEO

AZAL Bakıdan Dubaya uçuşlara başlayır - VİDEO
Fevralın 15-dən etibarən "Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.
 
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: //www.azal.az/az/information/covid-dubai ;

- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: //www.azal.az/az/information/covid-clinics

Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: //www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-dubai.

Hər iki istiqamətdə uçan sərnişinlər üçün:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə bağlı videonu təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...