Azad Şabanov ata oldu
16:22 / 11.10.2021
734
Müğənni Azad Şabanov ata olub.
Sfera.az bildirir ki, bu barədə ifaçı özü məlumat verib. O, oğluna Pənah Əli adını qoyduğunu deyib.
"Kaş ki, ürəyimdə olan avazı ifadə edə bilərdim, ölçülməzdir. Allahım, bizə yaxşı valideyn olmağı nəsib et, mənə hər bir çətinliyi ver, hər bir yükə, ağrıya dözərəm - təki evə gələndə gülüşlər məni qarşılasın”, - deyə Şabanov əlavə edib.
Qeyd edək ki, Azad Şabanov 2019-cu ildə ailə qurub. Onun ötən il Səid Əli adlı oğlu dünyaya gəlib.
Türkan
Sfera.az