Azad Rəhimovla bağlı yayılan xəbər YALANDIR

Azad Rəhimovla bağlı yayılan xəbər YALANDIR
Sosial şəbəkələrdə və xəbər saytlarında Gənclər və İdman naziri Azad Rəhimovun səhətində ciddi problemlər yaranması və komaya düşməsi ilə bağlı xəbərlər tirajlanır.

Sfera.az-ın verdiyi məlumata görə, Azad Rəhimovun komaya düşməsi xəbəri həqiqəti əks etdirmir.
 
Belə ki, Nazirlik Azad Rəhimovun səhhətində ciddi problemlərin yaranması barədə bu gün bir sıra internet resurslarında yayılan xəbərləri təkzib edib. 

Verilən məlumata görə, nazir Azad Rəhimovun səhhətində heç bir ciddi problemi yoxdur.

Xatırladaq ki, bir sıra saytlarda Gənclər və İdman naziri Azad Rəhimov komaya düşməsi barədə xəbər yayıb. 

OXŞAR XƏBƏRLƏR