Azad olunmuş ərazilərə xərclənəcək pulların miqdarı bəlli oldu

Azad olunmuş ərazilərə xərclənəcək pulların miqdarı bəlli oldu
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg” agentliyinə müsahibə verib.

Sfera.az xəbər verir ki,  nazir müsahibəsində Azərbaycanda koronavirusla bağlı iqtisadi vəziyyət və ölkəmizin torpaqlarını işğaldan azad etdiyi Vətən Müharibəsinin nəticələrini dəyərləndirib.

"Azərbaycan iqtisadiyyatı koronavirusa görə ötən il 4,3 faiz geriləmişdi. Bu il isə 3,4 faiz artım gözləyirik. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da ölkəmizlə bağlı builki proqnozları nikbindir. Dünya Bankı bu il iqtisadiyyatımızın 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırır”.

Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycanda yanvarın 18-dən başlayan koronavirus vaksinasiyasından sonra qapanma olan sahələrdə yenidən canlanma müşahidə ediləcək.

"44 günlük müharibə və Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatdan sonra işğal altındakı torpaqlar azad edilib. Müharibədən sonra böyük yenidənqurma planları var. Nəqliyyat əlaqələri genişlənəcək, yeni geosiyasi reallıqlar Azərbaycan iqtisadiyyatında böyüməyə və məşğulluğa önəmli töhfə verəcək”, - M.Cabbarov əlavə edib.

O vurğulayıb ki, ölkəmiz işğaldan azad olunmuş ərazilərimizin inkişafı üçün 2,2 milyard manat xərcləyəcək.

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...