No Image
No Image

Azad olunmuş ərazilərdə 113 qeydiyyatda olmayan abidə tapıldı

Azad olunmuş ərazilərdə 113 qeydiyyatda olmayan abidə tapıldı
"İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib”.

Sfera.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə nazirliyin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə keçirilən monitorinqlərdən danışarkən deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib:

"Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətini işğalçılar tamamilə məhv ediblər. Həmin abidələrin dağıdıldığı, vandalizmə məruz qaldığı aşkarlanıb.

Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur”.

M.Qafarzadənin sözlərinə görə, müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir:

"Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bazar günü avtobuslar işləyəcək

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəz...

Xaricdə oxumaq istəyənlər kreditlərdən yararlana bilməyəcək - Nazir açıqladı

"Təhsil Tələbə Krediti Fondunun kreditlərindən xaricdə təhsil almaq istəyən tələbələr yararlana bilməyəcəklər”.   Sfera.az xəbər verir ki, bu barədə tə...

“Azercell” “Azərbaycan Dəmir Yolları”nı məhkəməyə verir

Ölkənin böyük abunəçi sayına sahib olan "Azercell Telekom” MMC dövlətə məxsus şirkəti məhkəməyə vermişdir. Sfera.az xəbər verir ki, mobil operator "Azərba...

Həbsdə olan sabiq nazir AZADLIQDA

Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Naxçıvan A...

Hər kəsin diqqətini özünə çəkən Şövkət və balaca Ayan sığınacaqdan niyə ayrılıb? - SƏBƏB + FOTO

Bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılan foto ilə hər kəsin diqqətini özünə çəkən ana və bala ilə bağlı yenidən paylaşımlar edilməyə başlayıb. Belə ki, so...

AVRO-2020: Britaniya səfiri Azərbaycana təşəkkür etdi

Futbol üzrə Avropa çempionatında A qrupunun iki görüşünü Bakıda keçirmiş Uels millisi Azərbaycanı tərk edib. Sfera.az xəbər verir ki, bu barədə Böyük Brit...