Azad olunan rayonların işğal tarixləri silinməlidirmi - Açıqlamalar

Azad olunan rayonların işğal tarixləri silinməlidirmi - Açıqlamalar
"Həm işğal tariximizi, həm də qələbə tariximizi bilməliyik”.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

Davam edən müharibə dövründə - 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli,  20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. Bu xəbərdən sonra isə Azərbaycanda qələbə sevinci yaşandı...

Son günlər isə insanlar arasında belə bir fikir formalaşıb. İşğal günləri silinməli, yerinə qələbə günü yazılmalıdır. Bəs görəsən,  rayonların işğal günləri təqvimlərdən və yaddaşlardan necə silinəcək? Buna gərək varmı? Yoxsa tarixdə, yaddaşlarda saxlamaq lazımdır?

Bu suallara aydınlıq gətirmək üçün ictimai-siyasi xadimlərin mövqeyini öyrəndik.
 


Kərəm Məmmədov: Qul sahibinin yanında ana dilindən istifadə etməz

Bizimlə söhbətdə Bakı Dövlət Universitetinin Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, tarixçi Kərəm Məmmədov bildirib ki, işğal günləri yaddaşlardan silinməməlidir: "Bu, gələcək nəsillər üçün lazımdır. Təbii ki, qələbə tariximiz daha önəmlidir. Işğal tarixini yaddan çıxarsaq, gələcəkdə yenidən başımıza bəlalar gələ bilər. Əgər biz 1918-ci ilin 31 mart soyqırımını yaxşı bilsəydik, 1988-ci ildə bu proseslər başlayanda ibrət dərsi götürərdik, bu problenmlər başlamamış, elə o zaman qarşısını alardıq. Amma çox təəssüflər olsun ki, tariximizi yaxşı bilmədiyimizə görə bu bəlalar başımıza gəldi və 30 il münaqişənin həllini gözlədik. Ona görə həm işğal tariximizi, həm də qələbə tariximizi bilməliyik. Tarixi unutmaq olmaz”.

K.Məmmədov onu da əlavə edib ki, dərsliklərdə də işğal tarixləri yazılmalıdır: "Şagirdlərimiz, tələbələrimiz öyrənməlidirlər, bilməlidirlər. Yalnız şüarlar kimi, həmin tarix yaxınlaşanda demək yox, ümumiyyətlə, tədris olunmalıdır.  Çünki şagirdlərimiz ilk növbədə orta məktəbdə həm məğlubiyyət tariximizi, həm də uğurlarımızı bilməlidirlər. Unutsaq, yenə bizə baha başa gələcək”.   
 


Fazil Mustafa: "Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa da fikirlərini bizimlə bölüşüb: "Təbii ki, yaddaşlarda qalacaq. İnsan hafizəsi yalnız sevinci yadda saxlamır. Kədəri də, faciəni də yaddaşda saxlayır. Amma o günlər xüsusi bir qeyd etmə günü olaraq gündəmdən tədricən çıxacaq. Çünki qələbə günləri avtomatik olaraq işğal günlərinin əhəmiyyətini yoxa çıxardı. Amma yaddaşda qalacaq. Sadəcə olaraq, biz bunu  qələbə günlərinə yönəltməliyik. Hətta mən hesab edirəm ki, bizim müəyyən kədər, matəm günləri ki var, onlar da tədricən qələbə günləri ilə əvəz olunmalıdır. Təbii ki, burada Xocalı faciəsi bir istisnadır. Çünki Xocalı faciəsini biz həm də siyasi bir təbliğat nöqteyi-nəzərindən aktual saxlamalıyıq. Çünki bizim xalqın tarixində 31 mart soyqırımı, Xocalı soyqırımı müstəsna hadisələrdir. Bu həm də erməni vəhşiliyinin əyani sübutudur. Bu tarix daim yaddaşlarda qalmalıdır”.


Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)

Millət vəkili Aqil Abbas hesab edir ki, işğal günlərini unutsaq, əvvəlki unutduğumuz tarixi hadisələr kimi olar: "Bizə hansı günlərdə dağ çəkilib, onu tarixdə saxlamalıyıq, deməliyik, yaddaşlarımızda da qalmalıdır. Amma işğal günlərini qeyd etməməliyik, biz indi torpaqların azad olunma günlərini Şəhidlər xiyabanını ziyarət edərək qeyd etməliyik. Ümumiyyətlə, oktyabr, noyabr ayı Azərbaycan xaqlı üçün bayram aylarıdır. Amma biz işğal tarixlərini tarixdən silə bilmərik.  Ermənilər nə namussuzluqlar, nə şərəfsizliklər ediblər, onu yaddaşlarımızdan silsək, yenə üstündən 50 il keçər, gələcək nəsillərimizə problem yaradar. Onsuz da ermənilərin 50-100 ildən bir ”xəstələnməkləri" var. Ona görə, fikrimcə, dərsliklərdə, tarixdə bu qalmalıdır. Hamı bilməlidir ki, nə zaman hansı tarixi hadisələr olub".///Musavat.com

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...