Azad olan rayonlarda torpaq bölgüsü necə aparılacaq?

Azad olan rayonlarda torpaq bölgüsü necə aparılacaq?
44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Artıq işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə, yolların çəkilməsi və digər işlər həyata keçirilir və məcburi köçkünlərin geri qaytarılmasına hazırlıq işləri aparılır. Lakin bəllidir ki, 27-28 illik işğaldan azad olunmuş rayonların əhalisi bu illər ərzində xeyli artıb. Bu baxımdan, həmin rayonların əhalisi geri qayıdarkən onlar üçün torpaq sahələrinin hansı qaydada verilməsi maraq doğurur.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Aqrar siysət komitəsinin sədri Tahir Rzayev bu məsələdə heç bir problemin olmayacağını bildirib. Onun sözlərinə görə, həmin rayonlar işğal olunan zaman xüsusi mülkiyyətində torpaq sahəsi olan insanların torpaqları sözsüz ki, özlərinə veriləcək:

"Bu məsələ məlumdur. Həmin insanlar gedib öz torpaqlarına sahib olacaqlar. Həmin ərazilərdə dövlət mülkiyyətində olan torpaq sahələri də var və dövlət bu torpaq sahələrindən artan əhaliyə pay torpaqları verə bilər.

Sözsüz ki, həmin ərazilərdə bələdiyyələr də olmalıdır. Həmin bələdiyyələrə də dövlət torpaqlarından sahələr ayrıla bilər. Azərbaycanda aparılmış aqrar islahatların şərtlərinə uyğun hər kəsə torpaq sahələri ayrılacaq. Ancaq ola bilər ki, bəzi rayonlarda əhaliyə torpaq sahələri az düşsün, bəzi rayonlarda çox. Misal üçün, Ağdamın əhalisi çox, ərazisi kiçikdir, lakin Kəlbəcərin ərazisi Ağdamdan böyük, əhalisi isə azdır. Belə olan halda ola bilər ki, ayrı-ayrı rayonlarda insanlara düşən torpaq sahələrinin həcmində fərq olsun. Ancaq bütün hallarda əhalinin hamısına pay torpaq sahələri ayrılacaq”.//Trend


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...