Azad edilmiş ərazilərdə yeni sərhəd zastavaları quruldu - SİYAHI

Azad edilmiş ərazilərdə yeni sərhəd zastavaları quruldu - SİYAHI
Şuşa şəhərinin işğaldan azad edilməsi ərəb KİV-lərinin də diqqət mərkəzində olub.

Sfera.az xəbər verir ki, İordaniyanın "orobanews", "dowwar", Küveytin "mugtama", "alakhberya", "dasmannews", Səudiyyə Ərəbistanının "gulfeyes", Misirin "gate.ahram", "nafeza2world", "almasryalyoum" xəbər saytlarında Azərbaycan mətbuatına istinadən müzəffər Azərbaycan ordusunun Şuşanı azad etməsi xəbərinə yer verilib.

Bildirilib ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqa etdiyi müraciətdə elan edib.

Məqalələrdə, həmçinin dövlət başçısının aşağıdakı sözləri yer alıb: "Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 il sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir".

OXŞAR XƏBƏRLƏR