No Image
No Image

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. 

Sfera.az xəbər verir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

3. Müəyyən edilsin ki:

3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;

3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sülhməramlıların komandanı Bakıdan niyə əliboş qayıtmasından danışdı: "Onlardan soruşun..."

Rusiya sülhməramlılarının komandiri, general-leytenant Rüstəm Muradov Ermənistan rəhbərliyini əsirlərlə bağlı təxribatda ittiham edib. Erməni "Telegram” k...

Ərdoğan Azərbaycanla əməkdaşlığa dair sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Sfera.az xəbər verir ki, bununla bağl...

İlham Əliyev bu qurumları sərt tənqid etdi: "Vicdansızcasına istifadə edirdilər..."

"Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orq...

Paşinyan Rusiyaya niyə çağırıldı? – Qarabağla bağlı bunlar tələb olunacaq

Moskva bu dəfə Paşinyanın "göz yaşlarına” inanacaqmı?   "7 Apreldə Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın Rusiyanın Prezidenti Vlad...

Prezident Əhməd Əhmədzadəni İŞDƏN ÇIXARDI - SƏRƏNCAM

Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, bunu...

Prezident Türk Şurasının Zirvə toplantısında çıxış etdi

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir. Sfera.az xəbər verir ki, Qazaxıstan ...