No Image
No Image

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. 

Sfera.az xəbər verir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

3. Müəyyən edilsin ki:

3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;

3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

YAP növbədənkənar qurultay keçirəcək

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə  partiyadan məlumat verilib. B...

Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?

Uzun müddətdən sonra Əfv Komissiyasının iclaslarını bərpa etməsi və hər həftə iclaslarını onlayn qaydada keçirməsi bu istiqamətdəki müzakirələri daha da artırıb...

“Onlar istəyirlər lap “Suahili” dilini elan etsinlər" - Prezidentdən Qarabağda rəsmi dil məsələsinə sərt REAKSİYA

"Qarabağda rəsmi dil məsələsi bir manupilyasiya növüdür. Bu, Azərbaycanın o bölgəsində özlərini qeyri-qanuni rəhbər adlandıranların manipulyasiyadır”.  &n...

İlham Əliyevdən “İskəndər” raketi ilə bağlı müzakirələrə REAKSİYA

"Biz "İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik”. Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında d...

Prezidentin mətbuat konfransı başladı - CANLI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuat konfransı keçirilir. Sfera.az-ın məlumatına görə, mətbuat konfransı Azərbaycan Televizi...

XİN-dən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Sfera.az-ın xəbərinə görə, bəynatada d...