Azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq

Azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumatda bildirilib.

Vurğulanıb ki, dövlət başçısının sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanda reabilitasiya infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması və eyni zamanda reabilitasiya müəssisələri şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi, reabilitasiya imkanlarının artırılması sahəsində mühüm işlər aparılır. 2019-cu ildə və cari ilin ötən dövründə Bakı, Yevlax, Naftalan, Lənkəran, Xaçmaz, Şəki, Şirvan şəhərlərində Reabilitasiya Müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu ilin sonunadək Sumqayıt və Şağan Reabilitasiya Müəssisələri də açılacaq. Uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində bu il Şəmkir və Qəbələ şəhərlərində Uşaq Reabilitasiya müəssisələri fəaliyyətə başlayacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlçatan bərpa müalicə imkanlarına malik olmaları üçün həmin ərazilərdə də yeni reabilitasiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Qısa müddətdə inşa olunacaq müəssisələr müasir avadanlıqlarla da təchiz ediləcək. Bərpa müalicə prosedurlarının formalaşdırılmasında bölgənin yerli təbii müalicəvi resurslarından da səmərəli istifadə olunması diqqətdə saxlanacaq.

Həmçinin, sosial xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad edilən ərazilərimizi də əhatə edəcək. Bu bölgələrimizdə tənha ahıl və əlilliyi olan şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni zamanda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətləri göstərən mərkəzlərin qurulması təmin olunacaq.

Bakı və Göyçay, Gəncə şəhərlərində peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir və işğaldan azad edilmiş bölgələrimizdə də yaxın dövrdə regional peşə hazırlığı infrastrukturunun qurulması nəzərdə tutulur.

Bu istiqamətdə aparılacaq işlər, yaradılacaq müəssisələr həmin bölgələrimizdə reabilitasiya və sosial xidmətlər sisteminin qurulması ilə bərabər, yeni iş yerlərinin və məşğulluq imkanlarının artmasına da müsbət təsirini göstərəcək.


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...