"Azad edilmiş ərazilərdə böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır"

"Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir".

Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib.

"Beləliklə ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər", - dövlət başçısı bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qureşi Ceyhun Bayramovu Pakistana dəvət etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında telefon danışığı baş tutub. XİN-dən Sfera.az...

Azərbaycan - Polşa iqtisadi əlaqələri müzakirə edildi

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova sözügedən ölkənin İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin dövlət katibi Qrjeqorj Piexoviak ilə görüşüb. ...

"Əminəm ki, Azərbaycanla münasibətlərimiz qarşıdakı illərdə də uğurla inkişaf edəcək" - FOTOLAR

"Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək". Sfera.az xəbər verir ki, bunu İran Prezid...

Zakir Həsənov İran Prezidenti ilə görüşdü

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu...

Azərbaycan XİN Hindistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanı Milli Gün münasibətilə təbrik edib. Sfera.az  xəbər verir ki, təbrik mətni qurumun tviter hesabında payl...

“Gürcüstana “3+3” formatının qapısı açıqdır” - Boçarnikov

"Rusiya Cənubi Qafqazda "3+3” platforması çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır”. Sfera.az  xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ...