İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?
Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin ötən ayları ərzində bir istehlakçı orta hesabla hər ay 426,8 manat xərcləyib.

Bir il əvvəl əhalinin adambaşına düşən istehlak xərci 365,5 manat idi. Bu il istehlak xərclərinin adambaşına 61,3 manat, yəni 16,8 faiz artmasının şahidi oluruq.

Xərclərin bu dərəcədə artması 2 səbəblə əlaqəlidir. Birinci əsas səbəb ölkəmizdə cari dövrdə yüksək inflyasiyanın qeydə alınmasıdır. Rəsmi hesablamalara görə qiymətlər ötən illə müqayisədə 12,4 faiz artıb. Qiymətlərin artması o deməkdik ki, istehlakçı eyni miqdarda məhsulun alınmasına bu il daha çox pul ödəyib.

İstehlak xərclərinə təsir edən digər amil əhalinin real gəlirləridir. Cari ildə əhalinin real gəlirlərində 7,1 faiz artım baş verib.

Həm yüksək qiymət artımı, həm də real gəlirlərin olması hesabına əhalinin istehlak xərcləri 17 faizə yaxın artıb. İnflyasiya nəzərə alınmadığında xərclərdəki real artım 4,6 faiz olub.

Bəs, əhalinin istehlak xərcləri nədən ibarət olub?

Əhalinin xərcləri 2 böyük hissədən - pərakəndə ticarət və pullu xidmətlərdən ibarətdir.

Pərakəndə ticarət isə özlüyündə ərzaq və qeyri-ərzaq olmaqla iki hissəyə ayrılır.

Əhali bu il adambaşına hər ay 346,7 manat pərakəndə ticarətdə pul xərcləyib. Bu, bir il əvvəllə müqayisədə 46,3 manat çoxdur.

İnsanlar ərzaq mallarının, həmçinin spirtli içki və siqaretin alınmasına adambaşına 197,8 manat, qeyri-ərzaq mallarının alınmasına adambaşına 148,9 manat xərcləyib. Ötən illə nisbətən bu il ərzaq xərcləri 32,8 manat, qeyri-ərzaq xərcləri 13,5 manat artıb.

Əhalinin istehlak xərclərinin digər böyük hissəsi pullu xidmətlərdən ibarətdir. Pullu xidmətlər də iki hissəyə - ictimai iaşə və digər xidmətlərə ayrılır.

Pullu xidmətlər üzrə adambaşına düşən aylıq xərc 80,1 manat olub. Bunun 10,1 manatı iaşə xərclərindən, 70 manatı digər pullu xidmət xərclərindən ibarətdir.

Ümumilikdə, əhalinin istehlak xərclərinin 46,34 faizi ərzaq, 34,9 faizi qeyri-ərzaq, 18,76 faizi pullu xidmətlər hesabına yaranıb. Başqa sözlə bu il əhali xərclədiyi hər 100 manatının 46 manatdan çoxunu ərzağın alınmasına, 35 manatını qeyri-ərzaq mallarının alınmasına, 19 manata yaxınını isə pullu xidmətlərdən istifadəyə ayırıb.

Əlavə edək ki, inkişaf etmiş və orta inkişaf səviyyəsinə çatan ölkələrdə istehlak xərclərinin strukturunda bölgü əksinə olur. İnsanlar daha çox pulu xidmətlərə, daha sonra qeyri-ərzaq mallarına və ərzaq məhsullarına xərcləyir. İnkişaf etmiş ölkələrdə əhalinin ərzaq xərclərinin cəmi xərclərdə payı hətta 20 faizi keçmir.

Azərbaycanda da əhalinin ərzaq xərclərinin payının azalması üçün ilk növbədə gəlirlərin artması vacibdir.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...