Əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanıldı

Əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanıldı
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini Məmmədiyyə Alxazov və Cəlilabad rayon sakini Ramal Əliyev saxlanılıb. Üzərilərinə keçirilən baxış zamanı onlardan 2 kiloqram 170 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.


Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. M.Alxazov və R.Əliyev həmin şəxsin göndərdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil ediblər. Sonuncu dəfə isə Qobustan şəhəri ərazisində bu əməllərini reallaşdırmaq istəyərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.


Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Məhkəmənin də qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.




 

OXŞAR XƏBƏRLƏR

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...